19 yaşlı qız dəm qazından öldü
Sumqayıt şəhərində 19 yaşlı qız dəm qazından boğularaq ölüb. Milli.Az xəbər verir ki, hadisə şəhərin Xəzri yaşayış massivində yerləşən fərdi evlərin birində baş verib. 2006-cı il təvəllüdlü Züleyxa Niyaz qızı Hüseynova yaşadığı evin hamam otağında dəm qazından boğularaq həyatını itirib. Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır. Milli.Az

Şərh verin