Qədim Çin işgəncəsi - Əsirlərə 4 həftə yeməyə ancaq ət verirdilər

4 həftə boyunca ancaq ət yeyən əsirlər ağrıya dözməyərək ölüblər. Milli.Az xəbər verir ki, bunu dietoloq Şəbnəm Həsənova deyib. Onun sözlərinə görə Qədim Çində əsirlərə işgəncə məqsədi ilə 4 həftə boyunca sadəcə qaynadılmış ət veriblər. 4-cü həftədən etibarən əsilər ölməyə başlayıblar. Dietoloq əsirlərin ölümünü təkcə ət yeməklə əlaqələndirib. Belə ki, əsirlər meyvə, tərəvəz yemədikləri üçün lif əksik qalıb və onlar bağırsaq keçməzliyindən ölüblər. İsmayıl Milli.Az