"Qadın sənətçilərin çoxunun uşağımın atası ilə bir yaşanmışlığı olub" - VİDEO

Vəfa Şərifova Afət Fərmanqızı ilə arasındaki gərginliklə bağlı açıqlama verib. Milli.Az xəbər verir ki, müğənni mübahisənin səbəbinin mahnı olmadığını bildirib. Onun sözlərinə görə, konflikt şəxsi məsələ - keçmiş əri ilə bağlı mövzu üzərindən yaranıb. Vəfa Şərifova qeyd edib ki, bir çox qadın sənətçilərin övladının atası ilə əvvəllər problemləri olub və bu məsələlər sonradan ona da təsir edib: "Ümumiyyətlə, qadın sənətçilərin çoxunun mənim uşağımın atası ilə bir yaşanmışlığı, problemi olub. Ondan sonra mənə keçiblər. Mənimlə bağlı bir şey olmayıb" . Xatırladaq ki, bir müddət əvvəl Vəfa Şərifova ilə Afət Fərmanqızı arasında gərginlik yaşanıb. Fidan Millli.Az