Ermənistanda hərbi xidmətin müddəti azaldıldı
Ermənistan Milli Məclisi məcburi hərbi xidmət müddətinin 6 ay azaldılmasına dair qanun layihəsini ikinci oxunuşda qəbul edib. Milli.Az xəbər verir ki, qanun layihəsi 65 lehinə, 4 əleyhinə və 20 bitərəf səslə qəbul edilib. Beləliklə, 2026-cı il yanvarın 1-dən etibarən Ermənistanda məcburi hərbi xidmətin müddəti 2 il (24 ay) əvəzinə 1.5 il (18 ay) olacaq. Xidmət müddətinin azaldılması 2026-cı il yanvarın 1-dən etibarən qüvvəyə minəcək. Milli.Az

Şərh verin