Göygöldə küçədən kişi meyiti tapıldı
Göygöldə küçədən kişi meyit tapılıb. “Qafqazinfo” xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Məlumata görə, rayon sakini, 1958-ci il təvəllüdlü Mehdiyev Əhməd Hilal oğlunun meyiti küçədə aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb. Onun nədən öldüyü bilinmir. Faktla bağlı Göygöl rayon prokurorluğunda araşdırma aparılır. Yunis Quliyev

Şərh verin