7 ölkənin vətəndaşlarının ABŞ-yə girişi qadağan edildi

ABŞ yeddi ölkənin - Burkina Faso, Mali, Niger, Cənubi Sudan, Suriya, Laos və S yerra -Leone vətəndaşlarına tam səyahət qadağası tətbiq edəcək . “Qafqazinfo” xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb. Bildirilir ki, əvvəllər Laos və Syerra-Leoneyə qismən məhdudiyyətlər qoyulmuşdusa, indi bu ölkələrin vətəndaşlarının ABŞ-yə girişi tamamilə qadağan ediləcək. Qeyd edək ki, noyabrın sonunda Amerika Prezidenti Donald Tramp üçüncü dünya ölkələrindən ABŞ-yə miqrasiya axınını dayandırmaq niyyətində olduğunu açıqlayıb.