Qaradağdakı ağır qəzada ölənlərin sayı 3-ə çatdı - ADLAR - YENİLƏNİB - VİDEO

Qaradağ rayonunda baş verən ağır qəzada ölənlərin sayı üçə çatıb. Milli.Az qəzada ölənlərin adlarını təqdim edir: Bəşirov Üzeyir Heydər oğlu İsgəndorova Zahidə Tahir Qızı Cənnət adlı qadın ------ 11:08 Qaradağ rayonunda baş verən ağır avtobus qəzasında ölənlərin kimliyi məlum olub. Milli.Az xəbər verir ki, ağır qəza nəticəsində avtobusda olan 2 nəfər hadisə yerində ölüb. Onlardan biri Bəşirov Taleh Üzeyir oğlu adı kişi, biri isə Cənnət adlı qadındır. Ölən şəxslər Qaradağ rayonu Çeyildağ qəsəbəsinin sakinləridir. ---------- 10:35 Qaradağ rayonunda sərnişin avtobusu qəzaya uğrayıb. Milli.Az xəbər verir ki, Qaradağ rayonunun ərazisində sərnişindaşıma fəaliyyəti göstərən 122 saylı marşurut qəza edib. Hadisə Bakı-Qazax magstralının Qaradağ rayonu ərazisindən keçən hissəsində baş verib. Qaradağ rayonunun Lökbatan-Çeyildağ-Lökbatan istiqamətində hərəkət edən avtobus Sahil qəsəbəsi ərazisində qəza edib. İlkin məlumata görə, qəza nəticəsində avtobusda olan sərnişinlərdən iki nəfər ölüb. Bir neçə nəfərin isə yaralandığı bildirilir. Mehman Əsədov Milli.Az