Tacikistan-Əfqanıstan sərhədində atışma — Ölənlər var

Tacikistan və Əfqanıstan sərhədində silahlı toqquşma baş verib. “Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Tacikistan Dövlət Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb. Toqquşmanın Tacikistan sərhədçiləri ilə ölkə ərazisinə daxil olan terrorçular arasında olduğu bildirilir. Atışma nəticəsində Tacikistanın 2 sərhədçisi və 3 əfqan silahlısı həlak olub. Məlumata görə, terrorçuların məhv edilməsindən sonra Tacikistan-Əfqanıstan sərhədində vəziyyət sabitdir.