Oqtay Əsədovun qızı vəfat etdi — Yenilənib

Milli Məclisin keçmiş sədri Oqtay Əsədovun qızı vəfat edib. “Qafqazinfo” xəbər verir ki, bu barədə Modern.az-a sabiq spikerə yaxın şəxslər bildiriblər. Məlumata görə, mərhum uzun müddət xəstə olub və Türkiyədə aldığı müalicədən sonra dünyasını dəyişib. Oqtay Əsədov 2005-ci il dekabrın 2-dən 2020-ci il martın 10-dək Milli Məclisin sədri vəzifəsində çalışıb. O, iki övlad atasıdır. *** “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, sabiq spikerin 41 yaşlı qızı Nərminə Əsədova xərçəng xəstəliyindən əziyyət çəkib. Mərhumun 5 övladı var. O, 2002-2012-ci illərdə Kamran Balayev lə evli olub. K.Balayev 2021-ci ildə London şəhərinin meri olmaq üçün namizədliyini verməklə gündəmə gəlmişdi. Nuranə Daxilqızı