Suriya yeni pul vahidini dövriyyəyə buraxır
Suriya Mərkəzi Bankının prezidenti Əbdülkadir əl-Hasriya yeni valyutanın dövriyyəyə buraxılacağını açıqlayıb. “Qafqazinfo” xəbər verir ki, sosial media hesabından etdiyi paylaşımda yeni pul vahidinin dövriyyəyə buraxılması ilə bağlı 2025-ci il tarixli 293 saylı fərmanın dərc edildiyini açıqlayıb. O qeyd edib ki, bu valyuta yeni iqtisadi və pul dövrünün başlanğıcını əks etdirən mühüm milli mərhələdir. Hasriya dekabrın 28-də keçiriləcək iclasda yeni valyuta ilə bağlı detalların paylaşılacağını bildirib.

Şərh verin