Onlar amerikalıları ölkəyə buraxmayacaq

Niger hökuməti ABŞ Prezidenti Donald Trampın dekabrın 16-da imzaladığı yeni səyahət qadağasına qarşı sərt diplomatik cavab tədbirləri görüb. “Qafqazinfo” xəbər verir ki, rəsmi Niamey administrasiyası ABŞ vətəndaşlarına viza verilməsini tamamilə dayandırıb. Bildirilib ki, bu qərar ABŞ-nin Niger vətəndaşlarını “tam səyahət qadağası” siyahısına əlavə etməsindən sonra “qarşılıqlılıq prinsipi” əsasında qəbul edilib. Xatırladaq ki, dekabrın 16-da imzalanan sərəncamla ABŞ-yə girişi tamamilə qadağan edilən ölkələrin siyahısı genişləndirilib.