AFFA təsdiqlədi — Əliyar Ağayev yanlış qərar verib

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının 16-cı turundakı mübahisəli epizodlarla bağlı fikirlərini bölüşüb. “Qafqazinfo” xəbər verir ki, o, “Karvan-Yevlax” – “Neftçi” oyununda FİFA referisi Əliyar Ağayevin səhv qərar verdiyini bildirib. R.Həsənov hakimin birinci hissənin sonlarında qonaqların qapısına təyin etdiyi penaltinin doğru olmadığını vurğulayıb.