Gədəbəydə iki avtomobil toqquşdu - xəsarət alanlar var

Gədəbəydə yol-nəqliyyat hadisəsi baş verib. Milli.Az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan "Mersedec" ilə "VAZ 2107" markalı minik maşınları toqquşub. Qəza zamanı 1957-ci il təvəllüdlü Q.Zayısev və 1993-cü il təvəllüdlü N.Ələsov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır. Milli.Az