Rusiya Türkiyəyə 9 milyard dollar ayırdı
Rusiya Türkiyənin ilk atom elektrik stansiyası olan "Akkuyu"nun tikinti layihəsinin maliyyələşdirilməsi üçün 9 milyard dollar ayırıb. Milli.Az xəbər verir ki, bunu Türkiyənin energetika naziri Alparslan Bayraqdar deyib. O bildirib ki, Ankara zavodun 2026-cı ildə fəaliyyətə başlamasını gözləyir: "Bu vəsaitin 2026-2027-ci illərdə istifadə olunacağı ehtimal olunur. Bu məbləğin ən azı 4-5 milyard dolları 2026-cı ildə xarici maliyyələşdirməyə ayrılacaq". Milli.Az

Şərh verin