Milli İncəsənət Muzeyində maskalı bal keçirilib - FOTO
Azərbaycan Milli İncəsənət Muzeyi və Uşaqların Sağlam Gələcəyi (USG) Erkən Müdaxilə Mərkəzinin birgə təşkilatçılığı ilə muzeydə maskalı bal keçirilib. İnkluziv xarakter daşıyan tədbir çərçivəsində 18-22 yaş arası gənclər öz yaradıcılıq bacarıqlarını nümayiş etdiriblər. Gənclər klassik rəqs nümunələri ilə çıxış edib, müxtəlif musiqi alətlərində bir-birindən maraqlı ifalar təqdim ediblər. Gənclərin rəngarəng çıxışları qonaqlar tərəfindən böyük maraqla qarşılanıb. İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Şərh verin