Göygöldə ağır qəza - xəsarət alanlar var

Göygöldə baş vermiş yol-nəqliyyat hadisəsi 3 nəfərin xəsarət alması ilə nəticələnib. Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Gəncə-Daşkəsən yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan QAZ-3110 ilə "Mercedes Vito" markalı mikroavtobus toqquşub. Qəza nəticəsində 1977-ci il təvəllüdlü F.Quliyev, 1982-ci il təvəllüdlü K.İsmayılova və 1977-ci il təvəllüdlü Z.Huseynova xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər. Faktla bağlı araşdırma aparılır. Milli.Az