Biləsuvarın bəzi ərazilərində işıq olmayacaq
Biləsuvar rayonunun bəzi ərazilərinin elektrik enerjisi ilə təchizatında fasilə olacaq. Milli.Az xəbər verir ki, bu gün Biləsuvar Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq yarımstansiyada 10 mVA gücündə transformator 20 mVA gücündə transformatorla əvəz olunacaq. Yarımstansiyada həyata keçirilən gücləndirmə işləri ilə əlaqədar saat 11:00-dan 12:30-dək rayon mərkəzində və ona yaxın bəzi məntəqələrdə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. İşlər başa çatdıqdan sonra elektrik enerjisinin verilişi bərpa ediləcək. Milli.Az

Şərh verin