Beyaz bu tarixdə ekranlara dönür — Video

Məşhur türkiyəli aparıcı Beyazıt Öztürk “Kanal D”də yayımlanacaq yeni yarışma proqramı “Beyazla Joker” ilə ekranlara qayıdır. “Qafqazinfo” xəbər verir ki, proqramın ilk buraxılışı yanvarın 4-ü, saat 20:00-da yayımlanacaq. Tanıtım çarxı ilə diqqət çəkən yarışmanın böyük mükafatı 3 milyon lirə olaraq müəyyən edilib. Tanıtımda sosial mediada tez-tez verilən “Beyazla Joker nədir?” sualına yumorla cavab verən Beyazıt Öztürk “Burada sualları mən verirəm. Hazırsınızmı?”, – sözləri ilə tamaşaçıları proqrama dəvət edib.