55 yaşlı kişi bədbəxt hadisə nəticəsində öldü

Ağdərə rayonunda kişi bədbəxt hadisə nəticəsində ölüb. Milli.Az xəbər verir ki, hadisə rayonun Umudlu kəndində baş verib. Kənd sakini, 1970-ci il təvəllüdlü Möhübbət Qayım oğlu Xıdırov kənd ərazisində hündürlükdən yıxılıb. Hadisə nəticəsində o, aldığı ağır kəllə-beyin travmasından hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparır. Milli.Az