Məktəbli qız faciəvi şəkildə öldü

Tovuzda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Milli.Az xəbər verir ki, rayonun Əsrik Cırdaxan kənd sakini 2016-cı il təvəllüdlü Nilay Abdullazadəni maşın vurub. Azyaşlı xəstəxanaya çatıdırlsa da, onun həyatını xilas etmək mümkün olmayıb. İlkin məlumata görə, hadisə ehtiyatsızlıqdan baş verib. Faktla bağlı Tovuz rayon prokurorluğunda araşdırma başlanılıb. Milli.Az