Dövlət işçilərinin maaşı ilə bağlı YENİLİK
Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli ilə əlaqədar hökumətdə iş aparılır. Milli.Az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev komitənin bugünkü iclasında deyib. "Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəlinin yeni versiyası təsdiq olunandan sonra sizin dediyiniz məsələyə baxa bilərik", - deyə komitə sədri deputat Vüqar Bayramova cavab olaraq bildirib. Məlumat üçün bildirək ki, komitənin üzvü Vüqar Bayramov minimum əməkhaqqının bəzi sektorlar üzrə ayrıca müəyyənləşməsini təklif edib. Qeyd edək ki, Nazirlər Kabinetinin 26 dekabr 2024-cü il Qərarı ilə Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli aşağıdakı kimi təsdiq edilib: Əməyin ödənilməsi dərəcələri Aylıq tarif (vəzifə) maaşı (manatla) 1 400 2 416 3 433 4 450 5 470 6 490 7 510 8 530 9 550 10 575 11 600 12 625 13 650 14 675 15 700 16 730 17 760 18 870 19 1150 Milli.Az

Şərh verin