Türkiyədə 4,5 ballıq zəlzələ oldu
Türkiyənin Balıkəsir vilayətinin Sındırğı rayonunda 4,5 bal gücündə zəlzələ baş verib. Milli.Az xəbər verir ki, yeraltı təkan yerli vaxtla 18:11-də alınıb. Zəlzələ ilə bağlı hələlik dağıntı və ya xəsarət alanlar barədə rəsmi məlumat açıqlanmayıb. Mütəxəssislər bölgədə vəziyyəti nəzarətdə saxlayırlar. Milli.Az

Şərh verin