“Qarabağ”, sənə sözümüz yoxdur! — Video - Yenilənib

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında növbəti oyununa çıxacaq. “Qafqazinfo” xəbər verir ki, Ağdam klubu ÇL-nin Liqa mərhələsinin 7-ci turunda “Ayntraxt”ı qəbul edəcək. Almaniya təmsilçisi ilə görüş Bakıdakı Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq. Görüşü İsveçrədən olan hakimlər briqadası idarə edəcək. Qeyd edək ki, bu, “Qarabağ”ın ÇL-də son ev oyunudur. Ağdam təmsilçisi hazırda 7 xalla 25-ci pillədədir. UEFA Çempionlar Liqası Liqa mərhələsi, 7-ci tur 21 yanvar “Qarabağ” – “Ayntraxt” Hakimlər: Sandro Şerer (İsveçrə). Tofiq Bəhramov adına Respublika stadionu. Saat 21:45. *** Komandaların start heyətləri açıqlanıb. “Qarabağ”: Mateuş Koxalski, Mateus Silva, Marko Yankoviç, Abdullah Zubir (k), Joni Montiel, Bəhlul Mustafazadə, Leandro Andrade, Kamilo Duran, Pedro Bikalyo, Elvin Cəfərquliyev, Kevin Medina. Ehtiyat heyət: Amin Ramazanov, Fabian Buntiç, Samuel Mmae, Kris Kuaku, Nəriman Axundzadə, Emmanuel Addai, Dani Bolt, Aleksey Kaşuk, Musa Qurbanlı, Toral Bayramov, Abbas Hüseynov, Bədavi Hüseynov. “Ayntraxt”: Kauan Santos, Artyur Teate, Robin Kox (k), Ansqar Knauff, Rasmus Kristensen, Elie Skiri, Huqo Larsson, Nnamdi Kollinz, Nataniel Braun, Riçu Doan, Can Uzun. Ehtiyat heyət: Setterer, Qral, Amenda, Oskar Heylunn, Şaybi, Daud, Baoyya, Buta, Qetse, Dumbiya, Dills, Ştaff. *** Texniki problemə görə 21:45-də start fiti səslənməli olan matç yubanır. *** Matç başladı. *** Matçın 4-cü dəqiqəsində K.Duran komandamızı hesabda önə çıxarır. *** 11-ci dəqiqədə “Ayntraxt” hesabı bərabərləşdirir. *** Fasilə. *** İkinci hissə başladı. *** “Ayntraxt” 78-ci dəqiqədə dəqiq penalti zərbəsi ilə hesabda önə çıxır. *** 80-cı dəqiqədə Kamilo Duran bərabərlik qolunu vurur. Qeyd edək ki, təmsilçimizin hər iki qolunda Elvin Cəfərquliyevin etdiyi ötürmədən Kamilo Duran fərqlənmişdi. *** 90+4-cü dəqiqədə Bəhlul Mustafazadə qələbə qolunu vurur. *** Matç bitdi.