Bakıda kişi dəm qazından boğulub
Bakıda 25 yaşlı kişi dəm qazından boğularaq ölüb. Milli.Az xəbər verir ki, hadisə Yasamal rayonunda baş verib. 2001-ci il təvəllüdlü Əhmədəli Əhmədzadə hamam otağında dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı araşdırma aparılır. Milli.Az

Şərh verin