"Azərbaycan sevincdən uçur, Xəzər dənizi "daşır""

Türkiyəli məşhur idman şərhçisi Ertem Şener paylaşımı ilə diqqət çəkib. Milli.Az xəbər verir ki, o, "Qarabağ"ın "Ayntraxt" üzərində möhtəşəm qələbəsini (3:2) şərh edib: "Qarabağ"a halal olsun. Canım "Qarabağ"ım mənim. İnanılmaz oynadın, "Qarabağ" komandası. Azərbaycan sevincdən uçur. Xəzər dənizi daşır. "Qarabağ" ömrümdən ömür aldı". Hüseyn Milli.Az