“Qalatasaray” da istəyirdi, “Fənərbaxça”ya keçdi

“Mançester Siti”nin qapıçısı Ederson karyerasını Türkiyə Super Liqasında davam etdirəcək. “Qafqazinfo” xəbər verir ki, braziliyalı qapıçı “Fənərbaxça”ya transfer olunub. Tərəflər arasında 3+1 illik sözləşmə imzalanıb. Qeyd edək ki, təcrübəli qolkiperi “Qalatasaray” da transfer etmək istəyirdi.