İşəgötürən vergi öhdəliyinə görə məsuliyyət daşıyır? – RƏSMİ AÇIQLAMA

İş yerinin gəlir vergisinin kompensasiya etmək kimi öhdəliyi yoxdur. Milli.Az xəbər verir ki, bunu "Dövlət Əmək Müfəttişliyi Xidmətinin 2025-ci il üzrə gördüyü işlər və 2026-cı il üçün hədəfləri" mövzusunda mətbuat konfransında Xidmətin rəisi Vəli Quliyev jurnalistlərin suallarını cavablandırarkən deyib. Qeyd edib ki, iş yerinin vəzifəsi əmək müqaviləsində göstərilən məbləği vaxtında verməkdir. Mina Mikayılova Milli.Az