Fuad Ələsgərovla Mədət Quliyev 3-cü qola belə sevindilər — Video

Ötən gecə UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turunda  keçirilən “Qarabağ”-“Ayntraxt” (3:2) oyununu izləyənlər arasında Azərbaycanın rəsmi şəxsləri də olub. “Qafqazinfo” Manset.az-a istinadən xəbər verir ki, həmin şəxslər Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Təhlüləsizlik Şurası katibinin müavini general-polkovnik Mədət Quliyevdir. Onlar qələbə qolunun vurulması zamanı emosiyalarına hakim ola bilməyiblər. Qeyd edək ki, bu qələbə sayəsində xallarının sayını 10-a çatdıran “Qarabağ” turnir cədvəlində mühüm sıçrayış edərək pley-off mərhələsinə yüksəlmək şanslarını rəsmiləşdirib. Həmin görüntüləri təqdim edirik: