Zelenski ilə görüşdən danışdı

ABŞ Prezidenti Donald Tramp Davosda Ukrayna lideri Volodimir Zelenski ilə keçirdiyi görüş haqda açıqlama verib. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Tramp Zelenski ilə görüşün yaxşı keçdiyini bildirib. “Düşünürəm ki, Zelenski ilə görüş yaxşı keçdi”, -o, jurnalistlərə deyib. Trampın sözlərinə görə, Ukraynadakı münaqişənin həlli üçün danışıqlar davam edir. Qeyd edək ki, Trampla Zelenskinin görüşü 1 saatdan az davam edib. Ukrayna prezidentinin mətbuat katibi Sergey Nikiforov görüş barədə açıqlama verərək, ümumi danışıqların yaxşı keçdiyini deyib.