Gəncədə zəncirvari qəza — Yaralananlar var - Fotolar
Gəncədə üç avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. “Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Nizami prospektində qeydə alınıb. Belə ki, “Opel”, “Ford” və “Hyundai” avtomobilləri toqquşub. İlkin məlumata görə, qəza zamanı 2000-ci il təvəllüdlü Səyyarə Məmmədova və 1996-cı il təvəllüdlü Yusif Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Gəncədə yerləşən xəstəxanaların birinə yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma başlanılıb.

Şərh verin