Tramp: ABŞ-nin heç vaxt NATO-ya ehtiyacı olmayıb

ABŞ-ın heç vaxt NATO-ya ehtiyacı olmayıb. Milli.Az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Fox News"a müsahibəsində deyib. "Onlar bizə heç vaxt lazım olmayıb. Biz onlardan heç vaxt nəsə istəməmişik", - Tramp vurğulayıb. O, bildirib ki, əvvəlki dövrlərdə NATO-nun müdafiə xərclərini alyans ölkələri yox, ABŞ ödəyib. Milli.Az