Bu yollarda tıxac var

Bakının bir sıra yollarında tıxac yaranıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 3. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 4. Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində; 5. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində; 6. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər; 7. Mikayıl Müşfiq küçəsi, “Badamdar” dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində; 8. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində; 9. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 10. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində; 11. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində; 12. Binəqədi şosesi, “Azadlıq prospekti” metrostansiyası istiqamətində sıxlıq müşahidə olunur.