Ramin Məmmədov özünə yeni köməkçi təyin etdi - FOTO

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov özünə yeni köməkçi təyin edib. Milli.Az xəbər verir ki, İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı sədr Ramin Məmmədov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Abbasəli Bayramov sədrin köməkçisi vəzifəsinə təyin olunub. Qeyd edək ki, A.Bayramov 1993-cü ildə Bakı şəhərində anadan olub. O, Ramin Məmmədovun Milli Məclisin deputatı olduğu dövrdə 2022-2024-cü illərdə köməkçisi işləyib. 2024-cü ildən isə Dövlət Komitəsində müxtəlif vəzifələrdə çalışıb. Milli.Az