İranda zəlzələ oldu
İranın cənubunda 5.1 bal gücündə zəlzələ olub. “Qafqazinfo” xəbər verir ki, bu barədə İranın Milli Meteorologiya Mərkəzinin Seysmik Şəbəkəsi məlumat yayıb. Bildirilib ki, zəlzələ yerli vaxtla 15:18-də qeydə alınıb. Episentrə yaxın ərazilərdə yeraltı təkanların hiss edildiyi bildirilir.

Şərh verin