"Neftçi" "Zirə" ilə heç-heçə edib
Misli Premyer Liqasında XVII turun daha bir oyunu keçirilib. Milli.Az-ın məlumatına görə, günün ikinci matçında "Neftçi" doğma meydanda "Zirə" ilə üz-üzə gəlib. Qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb. Bu nəticədən sonra "Neftçi" 21 xalla yeddinci, qonaqlar 29 xalla üçüncü pillədə qərarlaşıb. Günün ilk oyununda "Araz-Naxçıvan" "İmişli" ilə heç-heçə edib - 2:2. Qeyd edək ki, tura yanvarın 25-də yekun vurulacaq. Milli.Az

Şərh verin