“Ağrı, ümid və final anı…” — Video

“Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadə sosial şəbəkə hesabında paylaşım edib. “Qafqazinfo” xəbər verir ki, 29 yaşlı futbolçu UEFA Çempionlar Liqasının (ÇL) liqa mərhələsinin 7-ci turunda Almaniyanın “Ayntraxt” klubuna 90+4-cü dəqiqədə vurduğu qələbə qolunun (3:2) görüntülərini izləyiciləri ilə bölüşüb. Bəhlul paylaşımına “Pain, hope and final moment” (Ağrı, ümid və final anı) qeydini əlavə edib. Xatırladaq ki, “köhlən atlar” bu qələbə sayəsində xallarının sayını 10-a çatdıraraq turnir cədvəlində 18-ci pilləyə yüksəlib. Onu da bildirək ki, komandamız liqa mərhələsinin sonuncu oyununu yanvarın 29-da səfərdə “Liverpul”a qarşı keçirəcək.