55 yaşlı kişi faciəvi şəkildə öldü

Gədəbəy sakini bədbəxt hadisə nəticəsində vəfat edib. Milli.Az xəbər verir ki, 1970-ci il təvəllüdlü Yaqub Yolçuyev qayalıq ərazidən yıxılaraq ölüb. O, yaxınlıqdakı insanların yardımı ilə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda araşdırma başlanılıb. Milli.Az