Sampaoli bu klubu çalışdıracaq

Məşhur məşqçi Xorxe Sampaoli Braziliyanın “Atletiko Mineyro”sunu çalışdıracaq. “Qafqazinfo” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 65 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb. Qeyd edək ki, Sampaolinin son klubu “Renn” olub. O, Fransa təmsilçisindən bu il ayrılmışdı.