Evdə dondurmanı asanlıqla belə hazırlayın

Ev üsulu ilə hazırlanmış qaymaqlı dondurma - evdə asanlıqla bişirə biləcəyiniz ləzzətli və sərinləşdirici desertdir. Cəmi 3 inqrediyentlə hazırlanır və bundan sonra artıq mağazadan dondurma almaq istəməyəcəksiniz. Milli.Az resepti təqdim edir: Lazım olacaq: 500 ml 33% yağlı qaymaq 200 ml qatılaşdırılmış süd 10 q vanilli şəkər Hazırlanma qaydası: Qaymağı bir qaba tökün və üzərinə vanilli şəkəri əlavə edin. Mikserlə əvvəlcə yavaş sürətdə təxminən 2-3 dəqiqə çalın, sonra isə orta sürətdə daha uzun - təxminən 5-7 dəqiqə çalın. Qaymaq qalınlaşmalıdır. Düzgün qatılıq əldə edildikdə, nazik axınla qatılaşdırılmış südü əlavə edin. Qarışımı çalın, sonra isə yaxşıca qarışdırın ki, kütlə vahid olsun. Qarışığı bir qaba töküb 5-6 saatlıq dondurucuya qoyun. Bundan sonra dondurmanız hazırdır! Xüsusi qaşıqla top şəklində formalaşdırın, süfrəyə verin və ləzzətini çıxarın.  /Lent.az Milli.Az