Rusiyada 5 ballıq zəlzələ oldu
Rusiyanın Kamçatka bölgəsində 5,0 maqnitudalı zəlzələ qeydə alınıb. Milli.Az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Birləşmiş Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb. Yeraltı təkanların episentri Petropavlovsk-Kamçatsk şəhərindən 223 kilometr aralıda, 45 kilometr dərinlikdə yerləşib. Milli.Az

Şərh verin