Bu yollarda sıxlıq var

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. Bu barədə “Qafqazinfo”ya Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib. Sıxlıq olan küçə və prospektlər aşağıdakılardır: 1. Binəqədi şosesi, metronun “Azadlıq prospekti” stansiyası istiqamətində; 2. Bakı-Sumqayıt şosesi, metronun “20 Yanvar” stansiyası istiqamətində; 3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən metronun “20 Yanvar” stansiyası istiqamətində; 4. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 5. Üzeyir Hacıbəyov küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər; 6. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində; 7. Tbilisi prospekti, metronun “20 Yanvar” stansiyasından mərkəz istiqamətində; 8. Birinci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.