Maştağada ağır qəza — 34 yaşlı qadın öldü
Dünən paytaxtın Sabunçu rayonunda ağır yol qəzası baş verib. “Qafqazinfo” xəbər verir ki, 2005-ci il təvəllüdlü Tofiq Zeynalov “Ford Tranzit” markalı avtomobillə Maştağa qəsəbəsi ərazisində, Maştağa-Buzovna yolunda 1991-ci il təvəllüdlü Əsgərova Elnurə Həbulla qızını vurub. Yolu keçməyə çalışan piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı Sabunçu RPİ-də cinayət işi başlanaraq istintaq aparılır.

Şərh verin