Bu diet "köklük geni"ni "söndürür"

Medi­ter­ran diyeti piylənmə və diabet riskini azaldır. Milli.Az-ın məlumatına görə genetik mütəxəssis İrina Kolesnikova "gazeta"ya açıqlamasında bildirib ki, Medi­ter­ran diyeti bəzi genləri "söndürərək" piylənmə və 2-ci tip diabet riskini azalda bilər. Diyetin əsas prinsipləri arasında tərəvəz, meyvə, göyərti, qoz-fındıq, zeytun yağı, dəniz məhsulları, tam taxıllar və məhdud miqdarda süd məhsulları var. Diyetin əsas prinsipləri: Tərəvəz və meyvələr Yaşıl yarpaqlı bitkilər və göyərti Qoz-fındıq və digər çərəzlər "Yaxşı" yağlar - məsələn, zeytun yağı Dəniz məhsulları və balıq - ət isə az miqdarda Tam taxıllar - çörək, makaron Məhdud miqdarda süd məhsulları - pendir, qatıq Kolesnikova vurğulayıb ki, bəzi genlər - FTO, MC4R və TCF7L2 - piylənmə, aclıq hissi və diabet riskini artırır. Medi­ter­ran diyeti isə bu riskləri minimuma endirməyə kömək edir və metabolizmi yaxşılaşdırır. Ekspert əlavə edib ki, hər hansı diyetə başlamazdan əvvəl mütləq həkimlə məsləhətləşmək lazımdır. İsmayıl Milli.Az