Bakıda körpə əkizlər dəm qazında boğuldu

Bakıda azyaşlı bacı-qardaş dəm qazından zəhərlənərək ölüb. “Qafqazinfo” xəbər verir ki, hadisə dünən Xətai rayonunda qeydə alınıb. 2024-cü il təvəllüdlü Fərxan Fərman oğlu Səfərov və əkiz bacısı Kübraxanım yaşadıqları evdə dəm qazından boğulublar. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.