"Qarabağ" məşhur futbolçusunu satdı
"Qarabağ"ın hücumçusu Nəriman Axundzadə karyerasını MLS-də davam etdirəcək. Milli.Az sportinfo.az-a istinadla bildirir ki, az əvvəl ABŞ təmsilçisi ilə danışıqlara nöqtə qoyulub. Ağdam klubu bu keçiddən müəyyən qazanc da əldə edəcək. "Xəzər Lənkəran"ın yetirməsi 2016-cı ildən Ağdam klubuna məxsusdur. Milli.Az

Şərh verin