Kenan “Yuventus”la müqaviləsini uzatdı
İtaliyanın “Yuventus” klubu Türkiyənin milli futbolçusu Kenan Yıldızla müqaviləsini 2030-cu ilə qədər uzadıb. “Qafqazinfo” xəbər verir ki, bu haqda klub məlumat yayıb. “Bizim hekayəmiz davam edir. Gələcək ağ-qaradır. Kenan Yıldız 2030-cu ilə qədər”, - açıqlamada deyilir. Qeyd edək ki, Kenan Yıldız bu mövsüm Torino komandasının heyətində 31 oyun keçirib. Gənc futbolçu 9 qol vurub, 7 məhsuldar ötürmə edib. Bundan əlavə, onun performansı ona avqust, noyabr və dekabr aylarında “Yuventus”un “Ayın oyunçusu” mükafatını qazandırıb.

Şərh verin