"Qarabağ"dan ayrılan Nəriman hansı klubda oynayacaq?
Nəriman Axundzadənin "Qarabağ"dan ayrılacağı qətiləşib. Milli.Az Qol.az-a istinadən xəbər verir ki, 22 yaşlı hücumçu karyerasını ABŞ-də - MLS təmsilçisi "Kolambus Kru" klubunda davam etdirəcək. Tezliklə tərəflər arasında müqavilə imzalanacaq. "Qarabağ"ın bu sövdələşmədən nə qədər qazanacağı hələlik bəlli deyil. Milli.Az

Şərh verin