Göygöldəki dəhşətli qətldə şübhəli bilinən şəxs saxlanıldı — Yenilənib
Göygölün Molla Cəlilli kəndi ərazisində dərədən meyiti tapılan 40 yaşlı Sabiq Quliyevi qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb. “Qafqazinfo” xəbər verir ki, hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində 1985-ci il təvəllüdlü Rasim Quliyev istintaqa cəlb edilib. Xatırladaq ki, S. Quliyevin meyiti dörd gün əvvəl kəndin kənarındakı dərəyə atılmış vəziyyətdə aşkarlanmışdı. Faktla bağlı araşdırma davam etdirilir. *** Məlumata görə, dərədən meyiti aşkarlanan 1986-cı il təvəllüdlü S. Quliyevlə hadisəni törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü R. Quliyevlə həmkəndli olublar. Hadisə günü isə onlar bir yerdə yeyib-içiblər. Belə ki, iki sərxoş arasında baş verən mübahisə tanışlardan birinin ölümü ilə nəticələnib. Yunis Quliyev

Şərh verin