Yeniyetmələr arasında bıçaqlanma — 3 nəfər yaralandı- Yenilənib

Şəmkir rayonunda bıçaqlanma hadisəsi baş verib. “Qafqazinfo” xəbər verir ki, Kür qəsəbə sakini 2011-ci il təvəllüdlü S.M.-ə bıçaqla xəsarət yetirilib. Hadisəni törətməkdə şübhəli bilinən həmyerlisi 2009-cu il təvəllüdlü H.A. polis əməkdaşları tərəfindən saxlanılıb. Bıçaqlanmanın münaqişə zəminində törədildiyi bildirilir. Xəsarət alan şəxsin vəziyyəti normaldır. Hadisə ilə bağlı araşdırma aparılır. *** Şəmkir Rayon Mərkəzi Xəstəxanasından sorğumuza cavab olaraq bildirilib ki, fevralın 8-i saat 22:10 radələrində 3 nəfər (kişi) xəsarət alması səbəbilə xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub: “Onlara bədənin müxtəlif nahiyələrinin kəsilmiş- deşilmiş yarası diaqnozu təyin edilib. Xəsarət alanların hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar”. Yunis Quliyev