İran həlak olan generalların adlarını açıqladı — Siyahı
İranda ABŞ və İsrailin hücumu nəticəsində həlak olan yüksəkrütbəli hərbçilərin adları açıqlanıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb. Siyahıda aşağıdakı adlar yer alıb: - general-mayor Məhəmməd Şirazi – Ali Baş Komandanın Ofisinin rəhbəri - general-mayor Saleh Əsədi – Silahlı Qüvvələrin Baş Qərargahının kəşfiyyat üzrə müavini - general-mayor, pilot Möhsün Dərəbaği – Silahlı Qüvvələrin təminat və logistika üzrə müavini - general-mayor Əkbər İbrahimzadə – Ali Baş Komandanın Ofisinin rəhbərinin müavini - general-mayor Qulamrza Rzaiyan – FARAJA (İranın hüquq-mühafizə orqanları) Kəşfiyyat Təşkilatının rəhbəri - general-mayor Bəhram Hüseyni Motləq – Baş Qərargahın əməliyyat idarəsinin planlaşdırma və əməliyyat şöbəsinin rəisi - general-mayor Həsənəli Tacik – Baş Qərargahın təminat idarəsinin rəhbəri

Şərh verin